Qivi Mikanadze Zestaponidə ictimai məktəblərin şagirdlərinin valideynləri ilə görüşüb
Qivi Mikanadze Zestaponidə ictimai məktəblərin şagirdlərinin valideynləri ilə görüşüb

Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Zestaponidə ictimai məktəblərin şagirdlərinin valideynləri ilə görüş keçirib.

Nazir valideynlərə ümumi və ali təhsil islahatının gedişi barədə ətraflı məlumat verib və islahat çərçivəsində həyata keçiriləcək təşəbbüslər barədə onlarla birgə müzakirə aparıb.

Qivi Mikanadze məktəb forması, dərsliklərin məzmununun təkmilləşdirilməsi, peşə təhsilinin gücləndirilməsi və dövlət universitetlərində pulsuz təhsilin təmin edilməsi məsələlərinə diqqət yetirib.

Görüş sual-cavab formatında davam edib və valideynlər nazirdən onlar üçün vacib olan mövzular barədə ətraflı məlumat almaq imkanı əldə ediblər.

Görüşdə Zestaponi, Tercola, Bağdati, Xaraqauli və Tğibuli bələdiyyələrinin ictimai məktəblərin şagirdlərinin valideynləri iştirak ediblər.

Görüşdə İmereti bölgəsinin dövlət nümayəndəsi Levan Zalkaliani, Tğibuli, Tercola, Zestaponi və Bağdati bələdiyyələrinin nümayəndəsi Zviad Şalamberidze, Zestaponi bələdiyyəsinin meri Vaxtanq Ğambaşidze, Zestaponi bələdiyyə şurasının sədri Malxaz Şerqelaşvili və İmereti bölgəsində dövlət nümayəndəsinin müavini Qiorqi Dalakişvili iştirak edirdilər.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayır.