Qivi Mikanadze - Tsğaltuboda baş vermiş hadisə “Milli Hərəkat”ın məşğul olduğu faşist fəaliyyətinin daha bir təsdiqidir
Qivi Mikanadze - Tsğaltuboda baş vermiş hadisə “Milli Hərəkat”ın məşğul olduğu faşist fəaliyyətinin daha bir təsdiqidir

 
Tsğaltuboda baş vermiş hadisə “Milli Hərəkat”ın məşğul olduğu faşist fəaliyyətinin və siyasətinin daha bir təsdiqi və ifadəsidir – bu haqda parlament çoxluğunun üzvü Qivi Mikanadze “Gürcü Arzusu”nun üzvü Ermile Qiqiadzenin dünyasını dəyişməsi ilə əlaqədar ofisdə keçirilən brifinqdə bildirib.

Mikanadze Ermile Qiqiadzenin dünyasını dəyişməsi ilə əlaqədar məyusluğunu ifadə edib və hakim komandanın adından Qiqiadzenin ailəsinə başsağlığı verib.

“Bugünkü brifinqə komandamızın üzvü Ermile Qiqiadzenin vəfatı ilə bağlı ən ağır xəbərlə başlayası oluruq. Dünən Tsğaltuboda “Milli Hərəkat”ın nümayəndəsi Roland Nutsubidze partiyamızın ofisinə cumub və Ermile Qiqiadzeni dəfələrlə təhqir edib, nəticədə də bu insan əsəb fonunda yerindəcə dünyasını dəyişib. Bu, “Milli Hərəkat”ın məşğul olduğu və özünün adi metodları ilə davam etdirdiyi faşist fəaliyyətinin və siyasətinin daha bir təsdiqi və ifadəsidir.

Komandamız adından dərin məyusluğumuzu ifadə etmək və Ermile Qiqiadzenin ailəsinə və yaxınlarına başsağlığı vermək istəyirəm” – Qivi Mikanadze bildirib.