Qivi Mikanadze Tbilisinin 119 və 132 nömrəli ictimai məktəblərini ziyarət edib
Qivi Mikanadze Tbilisinin 119 və 132 nömrəli ictimai məktəblərini ziyarət edib

Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Tbilisinin 119 və 132 nömrəli ictimai məktəblərini ziyarət edib. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.

Onların məlumatına görə, nazir məktəblərin tədris infrastrukturuna baxış keçirib və məktəb ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

“Görüşlər çərçivəsində Qivi Mikanadze müəllimlər və valideynlərə ümumi təhsil sistemi istiqamətində nəzərdə tutulan yeniliklər barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Görüşdə həmçinin Qldani rayonunun deputatı Vladimir Bojadze, icra başçısı Besik Kaladze və yerli hakimiyyətin digər nümayəndələri də iştirak ediblər”, – deyə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.