Qivi Mikanadze rəsmi səfərlə Türkmənistana yola düşüb
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze rəsmi səfərlə Türkmənistana yola düşüb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Qivi Mikanadze Nazirlər Kabineti sədrinin müavini Batır Mamedov və təhsil naziri Cumamırat Qurbanqəldiyev ilə ikitərəfli görüşlər keçirəcək.
“Səfər çərçivəsində nazir Türkmənistan Dövlət Memarlıq və İnşaat İnstitutunun açılış mərasimində iştirak edəcək. Qivi Mikanadze nümayəndə heyətinin üzvləri ilə birlikdə Gürcüstan universitetləri ilə əməkdaşlıq edən ali təhsil müəssisələrini də ziyarət edəcək”, – Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilib.