Qivi Mikanadze Parisdə Avropa Şurasının Parlament Assambleyasının komitələrinin iclasında iştirak edib
Gürcüstan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin rəhbəri, parlamentin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Qivi Mikanadze sentyabrın 9-da Parisdə, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər Komitəsinin, sentyabrın 10-da isə Hüquq və İnsan Hüquqları Məsələləri Komitəsinin iclaslarında iştirak edib.
Qivi Mikanadzenin öz fikirlərini ifadə etdiyi iclasda “Siyasətçilərə qarşı zorakılıq və nifrət nitqi – demokratiya üçün çağırış” adlı qətnaməni müzakirə ediblər.
Bundan başqa, İşgəncənin Qarşısının Alınması üzrə Avropa Komitəsinin üzvlərinin seçim meyarlarının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklərlə bağlı müzakirə keçirilib və parlamentin daimi nümayəndə heyətinin rəhbəri çıxış edib.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.