Qivi Mikanadze Milli Elmlər Akademiyasının prezidenti Roin Metreveli və akademiyanın üzvləri ilə görüşüb
Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze Milli Elmlər Akademiyasının prezidenti Roin Metreveli və akademiyanın üzvləri ilə görüş keçirib. Məlumatı Təhsil, Elm və Gənclər Nazirliyi yayır.
Qurumun məlumatına görə, görüşdə tərəflər elm və tədqiqatın inkişafının təşviqi, həmçinin akademik mühitdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək planları və həyata keçiriləcək layihələri müzakirə ediblər.
“Diqqət fundamental və tətbiqi tədqiqatların dəstəklənməsinin əhəmiyyətinə, gənc alimlərin təşviqinə və gürcü alimlərinin beynəlxalq səviyyədə tanınmasının artırılmasına yönəldilib.