Gürcüstanın təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Qivi Mikanadze Macarıstanın Gürcüstandakı səfiri Anna Mariya Şiko ilə görüşüb.
Görüşdə parlament əlaqələri və sahə komitələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər Gürcüstan və Macarıstan parlament komitələri arasında əməkdaşlıq haqqında birgə kommünikenin imzalanması məsələsini müzakirə ediblər.
Söhbət təhsil, elm və gənclər sahəsində əməkdaşlığa da toxunuldu.
“Gənclərarası əlaqələrin inkişafı məqsədilə, gürcü və macar gənclərin iştirakı ilə birgə forumların və düşərgələrin təşkili təşəbbüsünü müzakirə etdik”, – Qivi Mikanadze bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.