Qivi Mikanadze işgüzar səfərlə ABŞ-a səfər edib
Qivi Mikanadze işgüzar səfərlə ABŞ-a səfər edib

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze işgüzar səfərlə Amerika Birləşmiş Ştatlarına yola düşüb.

Təhsil Nazirliyinin məlumatına görə, Mikanadze Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil edilən 2026-cı il ECOSOC Gənclər Forumunda çıxış edəcək.

“Səfər çərçivəsində Givi Mikanadze Avropa ölkələrinin təhsil və elm sahəsi üzrə rəhbərləri və BMT-nin struktur bölmələrinin rəhbərləri ilə görüşəcək.

Nazir Pensilvaniya ştatındakı Müqəddəs Şəhid Qriqol Peradze adına Gürcü Mədəniyyət Mərkəzini ziyarət edəcək. Həmçinin ABŞ-də fəaliyyət göstərən bazar günü məktəblərinin rəhbərlərinə Gürcüstanın təhsil sistemində həyata keçirilən islahatlar barədə məlumat verəcək.

Qivi Mikanadze ABŞ Dövlət Departamenti və Təhsil Departamentində ikitərəfli görüşlər keçirəcək”, – məlumatda deyilib.