Qivi Mikanadze – İbtidai sinif şagirdləri üçün məktəbli formalarının tikilməsini təmin edəcək bazar araşdırmasının qalibi olan şirkətlə müqavilə imzalandı
İbtidai sinif şagirdləri üçün məktəbli formalarının tikilməsini təmin edəcək bazar araşdırmasının qalibi olan şirkətlə müqavilə imzalandı, – bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze bildirib.
Nazirin sözlərinə görə, formaların məktəblərə çatdırılması mərhələli şəkildə həyata keçiriləcək və cədvəl barədə ətraflı məlumat yay mövsümündə dərc olunacaq.
“Bildiyiniz kimi, hələ ötən ilin dekabrında ümumi təhsil islahatının milli konsepsiyasını elan etdik və hökumətin qərarı ilə təsdiqlədik. Bu konsepsiyanın mühüm istiqamətlərindən biri məktəblərdə ibtidai sinif şagirdləri üçün məktəb formalarının tətbiqidir.
Müqaviləyə əsasən, məktəblərə məktəbli formalarının çatdırılması üç mərhələdə həyata keçiriləcək.
Gürcüstanın Baş nazirinin qərarı ilə, Səhiyyə Nazirliyinin qiymətləndirilməsinə əsasən, ailə reytinq xalı 60 000-dən az olan bütün şagirdlər formanı ödənişsiz alacaqlar.
“Yay mövsümündə bir dəst formanın dəyəri, həmçinin müxtəlif şəhər və bələdiyyələrdə məktəbli formalarının ictimaiyyətə hansı formada çatdırılacağı barədə ətraflı məlumat dərc olunacaq”, – Qivi Mikanadze qeyd edib.
Təhsil Nazirliyi ictimai məktəblərin ibtidai sinif şagirdləri üçün məktəbli formalarını MMC “Glory Textile Industries”dən satın alacaq.