Qivi Mikanadze - Helsinki Komissiyasının sübutu və əsası olmayan bəyanatı seçkiöncəsi prosesə olduqca kobud və birbaşa müdaxilədir
Qivi Mikanadze - Helsinki Komissiyasının sübutu və əsası olmayan bəyanatı seçkiöncəsi prosesə olduqca kobud və birbaşa müdaxilədir

 
Helsinki Komissiyasının bəyanatı seçkiöncəsi prosesə olduqca kobud müdaxilədir, heç bir sübut təqdim etməyiblər və müvafiq olaraq, qəbul edilə bilməz, çünki bəyanat müxalifət partiyalarını dəstəkləmək üçün verilir – bu haqda “Gürcü Arzusu”nun üzvü Qivi Mikanadze bildirib.

Mikanadzeyə Helsinki Komissiyasının “Gürcüstan hökuməti öz əməliyyatlarını maliyyələşdirmək və müxalifəti təqib etmək üçün bütün dünyada fəaliyyət göstərən fırıldaqçı zəng mərkəzlərindən aldığı qara pula arxalanır” bəyanatı ilə bağlı sual ünvanlanıb.

Mikanadze, zəng mərkəzləri haqqında məlumatın tamamilə cəfəngiyyat olduğunu deyib.

“Bu bəyanatdaca oxunur ki, guya bəzi zəng mərkəzləri mövcuddur, bu da tamamilə cəfəngiyyatdır. Bunun sübuta ehtiyacı var və biz onlardan konkret sübutlar təqdim etmələrini gözləyirik. Lakin, olmayan bir şeyi təqdim etmək mümkün deyil. Helsinki Komissiyasının cinayətkar Kezeraşvilinin avropalı təqaüdçülərə qarşı zəng mərkəzləri ilə həyata keçirdiyi cinayət şəbəkəsi ilə əlaqədar alman, gürcü və digər ölkələrin istintaq orqanlarının birgə apardığı beynəlxalq təhqiqatla bağlı bəyanatı yadıma düşmür. Onlar çox yaxşı bilirlər ki, amerikalı tərəfdaşlar tərəfindən verilən hər bir bəyanat gürcü cəmiyyətinin diqqət mərkəzindədir, üstəlik də seçkilərə iki aydan bir az çox vaxtın qaldığı seçkiöncəsi dövrdə. Nə sübutu, nə də əsası olan belə bir bəyanatın verilməsi seçkiöncəsi prosesə olduqca kobud və birbaşa müdaxilədir” – Mikanadze bildirib.