Təhsil, Elm və Gənclik İşləri üzrə Komitənin sədri Qivi Mikanadze Ermənistan Milli Assambleyasının Elm, Təhsil, Mədəniyyət, Diaspor, Gənclik və İdman Komitəsinin sədri Sisak Qabrielyan və komitənin üzvləri ilə görüşüb. Bu haqda məlumatı parlamentin mətbuat xidməti yayır.
Onların məlumatında, tərəflərin Gürcüstan və Ermənistan arasında parlamentlərarası münasibətlərin gücləndirilməsinin və sahə komitələri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyindən danışdıqları deyilir.
“Təhsil, elm və gənclik istiqamətində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Qivi Mikanadze komitə üzvlərini Gürcüstanın ümumi təhsil və gənclik siyasətinin prioritetləri, cari və planlaşdırılan islahatlarla tanış edib.
Görüşdə Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan iştirak edib” – parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunub.