Qivi Mikanadze dövlət kolleclərinin direktorları ilə görüşüb
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze nazirliyin təsis etdiyi kolleclərin direktorları ilə tanışlıq xarakterli görüş keçirib.
Nazir görüş iştirakçıları ilə danışarkən peşə təhsilinin inkişafının təşviqinə diqqət yetirdi və ölkə iqtisadiyyatının inkişafı məqsədilə kolleclərin dəstəyinin vacibliyini vurğuladı.