Qivi Mikanadze Borcomi bələdiyyəsində şagirdlərin valideynləri ilə görüşüb
Qivi Mikanadze Borcomi bələdiyyəsində şagirdlərin valideynləri ilə görüşüb

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze Borcomi bələdiyyəsində şagirdlərin valideynləri ilə görüşüb və onları ümumi təhsil sisteminin islahatı çərçivəsində həyata keçiriləcək təşəbbüslərlə tanış edib.

Söhbətdə müxtəlif aktual məsələlərə toxunuldu, o cümlədən: məktəb forması, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, məktəblərdə sağlam mühitin təmin olunması, birinci sinif şagirdlərinin qeydiyyatı, təhsil infrastrukturu və məktəb həyatında valideynlərin iştirakının artırılması.

Görüş sual-cavab rejimində keçirilib və iştirakçılar onları maraqlandıran məsələlər barədə birbaşa nazirdən ətraflı məlumat alıblar.

Şagirdlərin valideynləri ilə görüşdə həmçinin Gürcüstan Təhsil, Elm və Gənclər nazirinin birinci müavini Levan Ğirşiaşvili, müavinlər Tamar Maxaraşvili və Zviad Qabisonia, Samtsxe-Cavaxeti bölgəsində dövlət nümayəndəsi Zaal Qelaşvili, Borcomi bələdiyyəsinin meri Mamuka Qelaşvili və Borcomi bələdiyyə şurasının sədri Qiorqi Peradze iştirak ediblər.

Təhsil, Elm və Gənclər Nazirliyi məlumat verir.