Parlamentin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri Qivi Mikanadze Azərbaycan Respublikasında işgüzar səfərdədir.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Qivi Mikanadze Azərbaycanın elm və təhsil nazirinin müavini Firudi Qurbanov, gənclər və idman nazirinin müavinləri İndira Hacıyeva və Fərhad Hacıyevlə görüşüb.
Onların məlumatına görə, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlığın müxtəlif istiqamətləri və münasibətlərin daha da gücləndirilməsinin əhəmiyyəti barədə danışıblar.
“Gənclər və idman nazirlərinin müavinləri ilə görüşündə Qivi Mikanadze iyul-avqust aylarında həyata keçiriləcək gənclərin mübadilə düşərgəsi proqramına diqqət çəkib. Tərəflər gənclər arasında gələcək münasibətlərin dərinləşməsi üçün belə bir formatın sistematik xarakter alacağı barədə razılığa gəliblər. Elm və Təhsil Nazirliyində keçirilən görüşlərdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edirdi”, – Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında deyilib.