Qivi Mikanadze Ankarada Cəzəri Yaşıl Texnologiyalar Peşə və Texniki Anadolu Liseyinin fəaliyyəti ilə tanış olub
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Ankarada Cəzəri Yaşıl Texnologiyalar Peşə və Texniki Anadolu Liseyini ziyarət edib. Qivi Mikanadze tədris infrastrukturuna baxış keçirib və təhsil proqramları və liseyin fəaliyyəti barədə liseyin direktoru İlker Erkməndən məlumat alıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təhsil müəssisəsinin nümayəndələri ilə görüşü zamanı lisey və Gürcüstanın peşə təhsili müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Liseyin Türkiyənin ən seçilən, müasir peşə təhsili müəssisələrindən biri olduğu qeyd olunub, müvafiq olaraq da kolleclərdə tədris mühitinin və təhsil proqramlarının inkişafı baxımından onun təcrübəsinin bölüşülməsi mühüm əhəmiyyət kəsb edir.
Liseyin əsas məqsədi yaşıl texnologiyalar və müasir sənaye sahəsində ixtisaslı mütəxəssislər hazırlamaqdır. Tədris müəssisəsində bərpa olunan energetikaya (günəş, külək və digər enerji mənbələrinə); elektrik və elektron sistemlərə; avtomatlaşdırma və robototexnikaya; süni intellekt və proqramlaşdırmaya; enerji səmərəliliyi və ekoloji cəhətdən davamlı texnologiyalara xüsusi diqqət yetirilir.
Lisey müasir tədris laboratoriyaları və praktiki məşğələ sahələri ilə təchiz olunub, burada şagirdlər nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də qazanırlar. Tədris müəssisəsi Türkiyənin həm sənaye şirkətləri, həm də universitetləri ilə əməkdaşlıq edir, bu da şagirdlərə təcrübə keçmək və işlə təmin olunmaq imkanları yaradır.
Nazirlə birlikdə, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia və Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia da liseydə olublar.