Qitanas Nauseda – NATO sammitindəki yekun bəyanatlardan biri şərq cinahda hava hücumundan müdafiə idi, Polşada baş verən hadisə bizi bunu tez bir zamanda necə həyata keçirəcəyimizi düşünməyə vadar edir

17:58, 16.11.2022

 
Litva prezidenti Qitanas Nauseda Polşaya raket düşməsindən sonra NATO-nun şərq cinahında hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin zəruriliyindən danışır. Nauseda bu barədə Vilnüsdə mətbuat konfransında açıqlama verib.

Litva lideri Madrid sammitinin yekun bəyanatının da alyansın şərqində hava hücumundan müdafiə sisteminin gücləndirilməsini nəzərdə tutduğunu, indi isə bu qərarın tez bir zamanda həyata keçirilməsinin zəruri olduğunu bildirib.

“Xatırlatmaq istərdim ki, bir neçə ay bundan əvvəl NATO sammitində yekun bəyanatlardan biri NATO-nun şərq cinahında hava hücumundan müdafiə ilə bağlı idi. Fikrimcə, baş vermiş hadisə bizi bunu necə tez həyata keçirəcəyimizi düşünməyə vadar edir. Bəyannamələr müdafiə etmir, onların yerinə yetirilməsi müdafiə edir. Ümid edirəm ki, gələn il NATO-nun Vilnüsdə keçirilməsi planlaşdırılan sammitində biz bu istiqamətdə irəliləyişə nail ola biləcəyik, çünki hazırkı vəziyyət və hadisələr göstərir ki, bu, düzgün qərar idi və mümkün qədər tez həyata keçirilməlidir” – deyə Qitanas Nauseda bildirib.

Litva prezidenti bildirib ki, əgər Rusiya öz hərəkətlərini davam etdirərsə, Polşada oxşar hadisələr təkrarlana bilər.

“Mən sizi qorxutmaq istəmirəm. Bu, xalqımızın təhlükəsizliyini təmin etmək üçün cavab verməli olduğumuz Rusiya tərəfindən təhrik edilən təhlükədir” -deyə Nauseda bildirib.

Oxşar