Qitanas Nauseda – Litva atəşkəsdən sonra sülhməramlı missiya çərçivəsində öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır

20:08, 21.03.2025

Litva atəşkəsdən sonra sülhməramlı missiya çərçivəsində Ukraynaya öz qoşunlarını göndərməyə hazırdır, – bu barədə Litva prezidenti Qitanas Nauseda bildirib.

Nausedanın dediyinə görə, Litva zəruri dəstəyi göstərməyə hazırdır.

“Biz çox konkret sayda əsgərlərimizdən danışırıq, lakin bu dəstəyi təmin etmək üçün bütün koalisiya ölkələrindən öhdəlik olmalıdır. Hələlik Rusiya danışıqları simulyasiya edir, mümkün sülh və mümkün razılaşma barədə danışır, lakin onlar atəşkəs rejiminə riayət etməyə hazır deyillər”, – Qitanas Nauseda qeyd edib.

Oxşar