Qitanas Nauseda – BMT-nin Təhlükəsizlik Şurasının mühüm islahatlara ehtiyacı var, BMT-nin təcavüzkarları dayandırmaq üçün səlahiyyəti olmalıdır

16:23, 23.09.2024

 
Litvanın Prezidenti Qitanas Nauseda hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda BMT-nin Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var.

Nauseda bildirib ki, Rusiyanın təcavüzünə cavab verilməməsi “BMT-nin qlobal sülh və təhlükəsizliyi qorumaq qabiliyyətinə dair ciddi şübhə yaradır”.

“Aydındır ki, Təhlükəsizlik Şurasının mühüm islahatlara ehtiyacı var. BMT-nin təcavüzkarları dayandırmaq üçün səlahiyyəti olmalıdır” – Nauseda qeyd edib.

Oxşar