Qitanas Nauseda bildirir ki, Litvada hərbi poliqonun ərazisində üç amerikalı əsgərin cəsədi tapılıb və bir əsgərin axtarışı hələ də davam edir
Litvanın Pabrade hərbi poliqon ərazisində üç amerikalı əsgərin cəsədi tapılıb, qalan bir əsgərin axtarışı hələ də davam edir. Bu barədə məlumatı Litva prezidenti Qitanas Nauseda təsdiqləyir.
“Üç amerikalı əsgərin faciəli şəkildə həlak olması xəbərini dərin məyusluqla və kədərlə aldım”, – Nauseda sosial şəbəkədə yazıb.
Xatirladaq ki, Litvada hərbi təlimlərdə iştirak edən və dörd amerikalı əsgərin idarə etdiyi zirehli maşın martın 26-da bataqlıqda aşkar edilib. Həmin gün Varşavada səfərdə olan NATO-nun baş katibi bu əsgərlərin həlak olduğunu açıqlayıb.