Qitanas Nauseda - Belarus tərəfindən Yevqeni Priqojinin qəbul edilməsi halında, NATO-nun şərq sərhədlərini gücləndirmək lazım gələcək
Qitanas Nauseda - Belarus tərəfindən Yevqeni Priqojinin qəbul edilməsi halında, NATO-nun şərq sərhədlərini gücləndirmək lazım gələcək

 

Litva Prezidenti Qitanas Nauseda Belarus tərəfindən “Vaqner” hərbi qrupunun rəhbəri Yevqeni Priqojinin qəbul olunacağı təqdirdə NATO-nun şərq sərhədlərinin gücləndirilməsi zərurətinin yaranacağını bildirib. Nauseda bu barədə Dövlət Təhlükəsizlik Şurasının Kremlə qarşı “Vaqner”in üsyanının müzakirə olunduğu iclasından sonra danışıb.

“Əgər Priqojin və ya “Vaqner” qrupunun bir hissəsi qeyri-müəyyən planlar və qeyri-müəyyən niyyətlərlə Belarusda peyda olarsa, bu, yalnız bizim şərq sərhədlərimizin təhlükəsizliyini daha da gücləndirməli olduğumuz mənasına gəlir” -deyə Nauseda qeyd edib.

O, Litvanın “Belarusun siyasi və təhlükəsizlik aspektlərinin” qiymətləndirilməsinə daha çox kəşfiyyat imkanlarını həsr edəcəyini bildirib.