Qiorqi Qaxaria - şübhəli şəxs çox şübhəli zamanda Tbilisiyə gəlir və şübhəli görüşlərdən sonra çox şübhəli bəyanat verir
Şübhəli şəxs çox şübhəli zamanda Tbilisiyə gəlir və şübhəli görüşlərdən sonra çox şübhəli bəyanat verir, – bu barədə “Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxaria sosial şəbəkədə yerləşdirdiyi videoda qeyd edib və bununla Avropa Şurasının baş katibi Alen Bersenin Gürcüstana səfərinə münasibət bildirir.
“Əgər Bidzina İvanişvili belə bir siyasi saxtakarlıqla qeyri-qanuni rejimə müəyyən dərəcədə legitimlik əlavə edə biləcəyini düşünürsə və göründüyü kimi də düşünür, təbii ki, bundan heç nə alınmayacaq. Bu, sadəcə boş bir cəhddir. Əgər ciddi danışsaq, təbii ki, onlara yalnız bir şeyi məsləhət görə bilərəm. Aksiyalardan sonra qeyri-qanuni olaraq saxlanılan şəxslərin hamısını qeyd-şərtsiz dərhal azad edin. Təbii ki, dərhal gürcü xalqı ilə danışın və dərhal yeni seçkilərin konkret tarixini təyin edin”, – Qiorqi Qaxaria bildirib.
Qiorqi Qaxaria bu gün sosial şəbəkədə Avropa Şurasının baş katibi Alen Bersenin bugünkü mətbuat konfransında “Xarici təsirin” qanunu ilə bağlı verdiyi bəyanatı paylaşıb. Qaxaria yazıb: “Məncə, İvanişvili Alen Berseyə vitse baş nazirlik vəd edib”.