“Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria “Gürcü Xartiyası”nı imzalayıb.
Partiyanın mətbuat xidmətində bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər.
Qaxaria bu gün səhər prezident sarayında xartiya sənədini imzalayıb.
Gürcüstanın Prezidenti Salome Zurabişvili mayın 26-da siyasi partiyalara fəaliyyət planını, “Gürcü Xartiyası”nı təqdim edib. Salome Zurabişvilinin bəyanatına əsasən, “Gürcü Xartiyası”nda cəmiyyətin sifarişi və tələbi əks olunub.