Qiorqi Qaxaria prezidentdən Mamuka Xazaradze ilə prezident sarayında keçiriləcək görüşün bir neçə saatlığına təxirə salınmasını xahiş etdiyini və Salome Zurabişvilinin bununla razılaşdığını bildirir
Qiorqi Qaxaria prezidentdən Mamuka Xazaradze ilə prezident sarayında keçiriləcək görüşün bir neçə saatlığına təxirə salınmasını xahiş etdiyini və Salome Zurabişvilinin bununla razılaşdığını bildirir

 
Qiorqi Qaxaria prezidentdən onunla Mamuka Xazaradzenin görüşünün saat altıya təxirə salınmasını xahiş etdiyini və Salome Zurabişvilinin bununla razılaşdığını bildirir.

“Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria prezidentdən onunla Mamuka Xazaradzenin görüşünün saat altıya təxirə salınmasını xahiş etdiyini və Salome Zurabişvilinin bununla razılaşdığını bildirir.

Bu haqda Qiorqi Qaxaria sosial şəbəkədə yazıb. Qaxariyanın yazdığı kimi, görüş saat altıya qədər təxirə salınıb.

“Mən Mamuka Xazaradzenin xahişini nəzərə alıram. Mən xanım prezidentlə danışdım və ondan xahiş etdim ki, prezident sarayındakı görüş bir neçə saatlığına təxirə salınsın.

Prezident razılaşdı, görüş saat altıya qədər təxirə salındı. Lakin bu məsələ uzun müddət təxirə salına bilməz” – Qiorqi Qaxaria yazır.

Gürcüstanın Prezidenti Salome Zurabişvili Mamuka Xazaradze və Qiorqi Qaxarianı partiyaları birləşdirməyə çağırıb və sentyabrın 17-də məsləhətləşmələr üçün Orbelianebi sarayına dəvət etdiyini bildirib.

Bununla yanaşı, Mamuka Xazaradze “Facebook” səhifəsində Qiorqi Qaxaria ilə şəxsən görüşməyə hər an hazır olduğunu və yalnız bundan sonra prezidentlə görüşəcəklərini yazıb.