Qiorqi Qabitaşvili - Vətəndaşlar və media ilə münasibətlərin açıqlığı mənim üçün prioritetlərdən biri olacaq
Baş prokuror vəzifəsinə namizəd Qiorqi Qabitaşvili parlamentin hüquq məsələləri komitəsində çıxışı zamanı Gürcüstan Prokurorluğu tərəfindən vətəndaşlar və media ilə münasibətlərin açıqlığının vacibliyindən danışıb.
“Vətəndaşlar və media ilə münasibətlərin açıqlığı mənim üçün prioritetlərdən biri olacaq. Təbii ki, istintaqın maraqlarını nəzərə almaqla”- Qiorqi Qabitaşvili qeyd edib.
O bildirib ki, prokurorluğun fəaliyyətinin hesabatlarının, statistik göstəricilərin dərci və yüksək ictimai maraq doğuran cinayət işləri üzrə məlumatların fəal şəkildə yayılması siyasəti davam etdirilməlidir.
Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin iclasında baş prokuror vəzifəsinə namizəd Qiorqi Qabitaşvilini dinləyirlər.