Qiorqi Qabitaşvili Türkiyə Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın baş prokuroru Qiorqi Qabitaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb.
Baş Prokurorluqda keçirilən görüşdə Gürcüstanın baş prokurorunun müavini Natia Merebaşvili, Beynəlxalq Əlaqələr və Hüquqi Təminat Şöbəsinin rəhbəri İrakli Çilinqaraşvili və Türkiyə səfirliyinin Konsulluq Şöbəsinin rəhbəri Boran Can Koçboğan iştirak edirdilər.
Tanışlıq məqsədli görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında cinayət hüququ sahəsində mövcud sıx və səmərəli əməkdaşlıq haqqında danışıblar və qarşılıqlı əməkdaşlığı gələcəkdə daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Məlumatı Gürcüstan Prokurorluğu yayır.