Qiorqi Jğenti Abxazia Muxtar Respublikasının səhiyyə və sosial müdafiə naziri təyin edilib
Qiorqi Jğenti Abxazia Muxtar Respublikasının səhiyyə və sosial müdafiə naziri təyin edilib

Abxaziya Muxtar Respublikası hökumətində növbəti kadr dəyişikliyi həyata keçirilib. Abxazianın səhiyyə və sosial müdafiə naziri vəzifəsinə Qiorqi Jğenti təyin edilib.

Yeni təyin olunan nazir Abxazia Muxtar Respublikasının hökumət sədri Qiorqi Cinçaradze tərəfindən bu gün nazirliyin əməkdaşlarına şəxsən təqdim edilib.

Hökumət sədri onun təcrübəsini vurğuladı və yeni rəhbərliyin şəraitində səhiyyə sahəsinin gücləndirilməsinin zəruriliyindən danışdı.

Qiorqi Jğenti 1978-ci ildə Qalidə anadan olub. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Suxumi Dövlət Universitetində, həmçinin Gürcüstan Elmlər Akademiyası və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda təhsil alıb. İlia Dövlət Universitetini və Gürcüstanın İctimai Əlaqələr İnstitutunu (GIPA) bitirib. Magistr və doktorantura dərəcələrinə layiq görülüb

Özəl sektorda uzun illər səmərəli iş təcrübəsi var. Nazir təyin olunmazdan əvvəl “İnkişaf və Dəstək üzrə Beynəlxalq Təşəbbüs”ün direktor müavini olub.

Qiorqi Jğenti səhiyyə və sosial müdafiə naziri vəzifəsində Laşa Kardavanı əvəz edib.

Məlumatı Abxaziya Muxtar Respublikası hökuməti yayır.