Qılıncoynatma | Sandro Bazadze dünya çempionatında çıxışını beşinci yerdə başa vurdu #1TVSPORT
Honkonqda davam edən qılıncoynatma üzrə dünya çempionatında son dünya çempionu Sandro Bazadze şpaqa yarışında çıxışını beşinci yerdə başa vurdu.
Gürcü idmançı yarımfinala yüksəlmək uğrunda görüşdə cənubi koreyalı Qu Bon-gilə 11:15 hesabı ilə məğlub oldu.
Gürcüstan millisi ilin ən mühüm turnirində bu heyətlə çıxış etdi: Sandro Bazadze (şpaqa), Qiorqi Uruşadze (şpaqa), Aleksandre Tavartkiladze (şpaqa), Aleksandra Kuvayeva (şpaqa), Tamila Muridova (daşna).