Qia Volski - Xabeişvili Nurmaqomedovla bağlı olduqca kəm ağılla yalan danışır, belə nağıllar uydurmaq ona xasdır
Görkəmli idmançı kimi Nurmaqomedovla görüş digər idmançılarla görüşdən heç nə ilə fərqlənmir-bu haqda parlamentin birinci vitse-spikeri Qia Volski deyib.
Qia Volski “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvilinin “Seçkilərdə müxalifət tərəfdarlarının sir-sifətini dağıtmaq üçün başqa ölkələrdən 300-500 əzələli şəxsin gətirilməsi planlaşdırılır, Kaladze və Kobaxidzedən soruşun Nurmaqomedovla görüş yoxsa zonderlərin gətirilməsi ilə mi bağlı idi ?” bəyanatını şərh edib.
Qia Volski, Levan Xabeişvilinin yalan məlumat yaydığını bildirib.
“Levan Xabeişvilinin yad nəsə dediyini düşünmürəm – belə nağıllar uydurmaq ona xasdır. Görkəmli idmançı kimi Nurmaqomedovla görüş əzələləri möhkəm olan və özünü göstərmiş digər istənilən idmançı ilə görüşdən heç nə ilə fərqlənmir, üstəlik Avropa turnirinə dəvət edilmişdi. Əzələli olmaq heç bir şəkildə onun varlığının və həyatının yalnız aqressiyaya köklənə biləcəyi ilə əlaqəli deyil. Xabeişvilinin dedikləri ağlabatan deyil. Xabeişvili yalan danışır, olduqca kəm ağılla yalan danışır. Hamı bunun reallıqla əlaqəsinin olmadığını çox yaxşı bilir. O, belə bir əhvali-ruhiyyə, qavrayış yaratmalıdır, lakin kifayət qədər qabiliyyətsizcə və düşünmürəm ki, cəmiyyət, o cümlədən onun tərəfdarları buna inansın”- Qia Volski deyib.