Qəzzanın səhiyyə xidmətinin məlumatına görə, İsrailin hərbi əməliyyatı zamanı son bir gündə 70 nəfər həlak olub, İsraildə “HƏMAS”ın bir neçə liderinin öldürüldüyünü bildirirlər

18:52, 10.01.2025

Qəzza zolağında İsrailin hərbi əməliyyatı zamanı son bir gündə 70 nəfər həlak olub, 104 nəfər isə yaralanıb, – bu barədə Qərb mediası Qəzza Səhiyyə Xidmətinə istinadən məlumat yayır. Qəzza zolağında İsrail hərbçilərinin məktəb binasına hücum etdiyini bildirirlər. Həmçinin, İsrail Müdafiə Qüvvələrinin Qəzzanın şimalında onlarla evi yandırdığı barədə məlumat yayılır.

Bununla yanaşı, İsrail Qəzzada davam edən əməliyyat çərçivəsində İsrailə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində məsul olan bir neçə “HƏMAS” komandirinin öldürüldüyünü açıqlayıb.

Yayılan məlumata görə, 2025-ci ilin ilk doqquz günündə ərəb anklavında hərbi əməliyyat nəticəsində 490 nəfər həlak olub, 2023-cü ildən sonra isə qurbanın ümumi sayı 46 mini ötüb.

Oxşar