Qəzzada, gecə İsrail tərəfindən humanitar zonaya hücum zamanı azı 40 nəfərin həlak olduğunu, 65 nəfərin isə yaralandığını bildirirlər
İsrail tərəfindən Qəzza sektorunda humanitar zonaya hücum nəticəsində azı 40 nəfər həlak olub, 65 nəfər isə yaralanıb. Məlumatı “Reuters” yayır. Qəzza sektorunun Təcili Yardım Xidməti bu rəqəmin yalnız taparaq xəstəxanalara yerləşdirdikləri insanları əhatə etdiyini bildirib. Dağıntılar altında daha çox insanın olduğu güman edilir. Qurbanlar arasında qadınlar və uşaqlar da var.
Onların məlumatına əsasən, humanitar zonaya dörd raket düşüb və azı 20 çadır yanıb.
İsrailin Müdafiə Qüvvələrində onların hədəfinin “HƏMAS”ın komandanlıq mərkəzi olduğunu bildiriblər.
Məlumat üçün bildirək ki, “Reuters”in yazdığı kimi, Qəzzada yaşayan 2,3 milyon insanın demək olar ki, hamısı ən azı bir dəfə, bəziləri isə on dəfə evlərini tərk etmək məcburiyyətində qalıb.
“HƏMAS” tərəfindən idarə edilən Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail tərəfindən Qəzzaya hücumlar nəticəsində oktyabrın 7-dən bəri 40 900-dən çox fələstinli həlak olub.