Qəzza zolağında İsrailin hava zərbələri nəticəsində dörd nəfər həlak olub
“Qəzza zolağında İsrailin hava zərbələri nəticəsində dörd nəfər həlak olub. Yerli həkimlərin bildirdiyinə görə, bir nəfər Xan Yunisdə dünyasını dəyişib. İsrail Silahlı Qüvvələrinin məlumatına əsasən, o, ərazidə fəaliyyət göstərən hərbçilər üçün qaçılmaz təhlükə yaradırdı. Üç nəfər isə Əl-Əqsa xəstəxanasının yaxınlığında qurulmuş ictimai iaşə obyektinə endirilən hava zərbəsinin qurbanı olub.
Qeyd etmək lazımdır ki, İsrail İranı bombalamağı dayandırdıqdan sonra Qəzza zolağında zərbələr daha da intensivləşib.