Qəzza Səhiyyə Nazirliyi – son 24 saat ərzində Qəzza bölgəsində 72 nəfər həlak olub
Qəzza Səhiyyə Nazirliyi – son 24 saat ərzində Qəzza bölgəsində 72 nəfər həlak olub

Qəzza zolağında son 24 saat ərzində 72 nəfər həlak olub, 278 nəfər isə yaralanıb – bu barədə Qəzzanın Səhiyyə Xidməti məlumat yayır.

Bəyanatda qeyd edilib ki, bu rəqəmlər Qəzza zolağının şimalında yerləşən xəstəxanaları əhatə etmir, çünki onlara çıxış imkanı yoxdur.

Bununla yanaşı, bəyanatda deyilib ki, 7 oktyabrdan sonra Qəzza zolağında ölənlərin sayı 54 321-ə çatıb, yaralananların sayı isə 120 000-i keçib.