Qətər üç iranlı hərbi pilotun aylarla saxlanılması ilə bağlı İranın ittihamını rədd edir

13:48, 16.08.2026

Qətər üç iranlı hərbi pilotun aylarla saxlanılması ilə bağlı İranın ittihamını rədd edir.

“İranlı pilotların saxlanılması ilə bağlı yayılan ittihamları qətiyyətlə rədd edirik və regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylər və təşəbbüslər fonunda, məhz bu xüsusi vaxtda yayılan bu cür çaşdırıcı bəyanatlara təəccüblənirik”, – Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

Təkzib, İran Silahlı Qüvvələrinin İtkin Düşmüş Şəxslərin Axtarışı Komitəsinin rəhbəri Seyid Məhəmməd Bağirzadənin “Qırmızı Xaç” cəmiyyətinə göndərdiyi məktubda Qətərin heyətin üç üzvünü aylarla saxladığını bildirməsindən sonra baş verib.

Bağırzadə bildirib ki, Qətərdəki ABŞ hərbi bazasına edilən hücumdan sonra İrana məxsus iki “Su-24” bombardmançı təyyarəsi vurulub. Bağirzadənin sözlərinə görə, üç iranlı pilot katapultasiya edib, onlardan biri isə döyüş əməliyyatları zamanı həlak olub.

Əl-Ənsari həmçinin bildirib ki, Qətərin axtarış-xilasetmə qrupları pilotların nəşini tapıb və pilotlardan birinin nəşinin təhvil verilməsinin koordinasiya edilməsi məqsədilə İran tərəfi ilə danışıb. Onun sözlərinə görə, Qətər aprel ayında İrana əməliyyatların təfərrüatları barədə məlumat ötürməyi təklif edib, lakin cavab almayıb.

İranda isə deyirlər ki, pilotlar Qətər qüvvələri tərəfindən saxlanılıb və “diplomatik səylərə” baxmayaraq, onlara görüş və ziyarət hüququ verilməyib.

Oxşar