Qeno Petriaşvili - Azarkeşlərə çoxlu emosiyalar bəxş etmişəm, indi də çalışacağam ki, çoxlu xeyirli işlər görüm və bu çox gözəl komandaya qoşulum
Komanda ilə birlikdə çalışacağam ki, parlamentdə gənclər, idmançılar, məcburi köçkünlər, həmşəhərlilərim və ümumilikdə, ölkəmiz üçün çoxlu xeyirli işlər görüm – bu haqda olimpiya çempionu, “Gürcü Arzusu”nun seçki siyahısının 10-cu nömrəsi olaraq təqdim olunmuş Qeno Petriaşvili təqdimatdan sonra jurnalistlərə deyib.
Onun sözlərinə əsasən, sülh və ləyaqətlə yolumuz yalnız Avropayadır.
“İlk növbədə, mən, Qeno Petriaşvili olaraq, azarkeşlərimə bacardığım qədər çoxlu emosiyalar bəxş etmişəm. İndi də çalışacağam ki, çoxlu xeyirli işlər görüm və bu çox gözəl komandaya qoşulum. Hər birimiz vətənimizi çox sevirik və hər bir insanın bu qərarı vermək hüququ var. Parlamentdə çoxlu xeyirli işlər görəcəyəm. Komanda ilə birlikdə çalışacağam ki, parlamentdə gənclər, idmançılar, məcburi köçkünlər, həmşəhərlilərim və ümumilikdə, ölkəmiz üçün çoxlu xeyirli işlər görüm. Yolumuz yalnız Avropayadır, sülh və ləyaqətlə və bu çox vacibdir. Bir daha azarkeşlərə məndən böyük sevgilər” – Petriaşvili bildirib.
İdmanda fəaliyyətini davam etdirməsi ilə bağlı verilmiş suala gəlincə, Petriaşvili, idmanda qalmağı planlaşdırdığını bildirib.
“İdman mənim həyatımda hər zaman var, hər zaman olacaq. Sadəcə, indi zədələrimi sağaltmaq üçün zamana ehtiyacım olacaq, lakin mənim üçün sevimli insanlarla, sevimli məşğuliyyətimlə idmanda qalıram” – Petriaşvili qeyd edib.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” seçki siyahısının ilk iyirmiliyini bu gün təqdim edib. Partiyanın seçki siyahısının ilk iyirmiliyində olacaqlar: Bidzina İvanişvili; İrakli Kobaxidze; İrakli Ğaribaşvili; Şalva Papuaşvili; Mamuka Mdinaradze; Tea Tsulukiani; Laşa Talaxadze; Vaxtanq Turnava; Maka Bocorişvili; Qeno Petriaşvili; Sozar Subari; Mariam Kvrivişvili; Anri Oxanaşvili; Nikoloz Samxaradze; Eka Cicinadze; Şota Berekaşvili; Levan Maxaşvili; Mixeil Ğavelaşvili; Qiorqi Qabunia; Lika Şartava.