Qela Qeladze - Polislərə hörmət və minnətdarlığımı ifadə etmək istəyirəm; siz öz həyatınızı riskə ataraq vətəndaşlarımızın təhlükəsizliyinin keşiyindəsiniz
Qela Qeladze - Polislərə hörmət və minnətdarlığımı ifadə etmək istəyirəm; siz öz həyatınızı riskə ataraq vətəndaşlarımızın təhlükəsizliyinin keşiyindəsiniz

Polislərə hörmət və minnətdarlığımı ifadə etmək istəyirəm; siz öz həyatınızı riskə ataraq vətəndaşlarımızın təhlükəsizliyinin keşiyindəsiniz”, – bu barədə Gürcüstanın daxili işlər naziri Qela Qeladze bildirib.

Qela Qeladze vətəndaşların təhlükəsizliyinin keşiyində dayandıqları üçün polis əməkdaşlarına təşəkkür edib.

“Bu çox mühüm qurumun rəhbəri kimi ilk dəfə sizə müraciət etmək mənim üçün böyük şərəfdir. Sizə səmimi hörmət və minnətdarlığımı ifadə etmək istəyirəm. Siz 24 saat rejimində, çox vaxt öz həyatınızı riskə ataraq, vətəndaşlarımızın təhlükəsizliyinin keşiyindəsiniz, ölkənin sərhədlərini qoruyursunuz və yorulmadan cinayətkarlıqla mübarizə aparırsınız. Övladlarımızın, valideynlərimizin, bu ölkənin hər bir vətəndaşının dinc, sabit və inkişaf yönümlü mühitdə yaşamalı olduğu təhlükəsiz gələcək yaradan məhz sizsiniz”, – Qeladze bildirib.