Qeka Qeladze Xüsusi Tapşırıqlar Departamentinin növbətçi əməkdaşlarını Pasxa bayramı münasibətilə təbrik edib
Daxili İşlər Naziri Qeka Qeladze Xüsusi Tapşırıqlar Departamentinin Birinci Baş Bölməsinin bazasında yerləşən Müqəddəs Qiorqi adına məbədi ziyarət edib və növbətçi əməkdaşları Şanlı Pasxa bayramı münasibətilə təbrik edib.
Qeka Qeladze Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə təşəkkür edib və onlara sülh və uğurlar arzulayıb.