Qeka Qeladze Tbilisi və Şida Kartlidə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşlarını Yeni il münasibətilə təbrik edib
Daxili işlər naziri Qeka Qeladze Tbilisi və Şida Kartlidə müxtəlif polis bölmələrində olub və növbətçi əməkdaşları Yeni il münasibətilə təbrik edib.
Nazir onlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə təşəkkür edib və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Qeka Qeladzenin sözlərinə görə, ölkənin təhlükəsizliyi və vətəndaşların müdafiəsi Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının gündəlik, fədakar əməyinin nəticəsidir. Nazir vurğulayıb ki, dövlət onların peşəkarlığını, məsuliyyətini və üzərinə düşən vəzifələri hər an ləyaqətlə yerinə yetirməyə hazır olmasını xüsusi ilə qiymətləndirir.
Qeka Qeladze həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi əməkdaşları gələcəkdə də dəstəkləyəcək, onların iş şəraitini yaxşılaşdıracaq və peşəkar inkişafının təşviqinə kömək edəcək.