Qeka Qeladze Şida Kartli bölgəsində işgüzar görüşlər keçirib
Qeka Qeladze Şida Kartli bölgəsində işgüzar görüşlər keçirib

Daxili İşlər naziri Geka Geladze Şida Kartli bölgəsində işgüzar görüşlər keçirib. Bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, nazir Polis Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüşüb və onlardan cinayətkarlıqla mübarizə və polisin profilaktiki tədbirləri barədə ətraflı məlumat alıb.

“Görüş zamanı Qela Qeladze nazirliyin prioritet istiqamətləri haqqında danışıb və əməkdaşlara gördükləri işə görə təşəkkürünü bildirib.

Daxili işlər naziri həmçinin nazirliyin Şida Kartli regionunda yerləşən müxtəlif struktur bölmələrində olub, iş yerləri, avadanlıq və qurğulara baxış keçirib.

Şida Kartli regionunda keçirilən işçi görüşlərdə daxili işlər nazirinin birinci müavini Roland Mesxi, müavinləri Şalva Tadumadze, Qiorqi Butxuzi və Aleksandre Daraxvelidze iştirak ediblər”, – deyə DİN-nin yaydığı məlumatda deyilib.