Qeka Qeladze Patrul Polisi Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüş keçirdi
Daxili işlər naziri Qeka Qeladze Patrul Polisi Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüş keçirdi.
Nazir patrul inspektorlarına layiqli fəaliyyətlərinə görə təşəkkür etdi və bildirdi ki, onların gündəlik əməyi və peşəkarlığı ictimai qaydanın qorunmasında həlledici rol oynayır.
Patrul Polisi Departamentinin rəhbər şəxsləri ictimai asayişin qorunması və yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud vəziyyət barədə Qeka Qeladzeyə ətraflı məlumat verdilər. Görüşdə, həmçinin, Patrul Polisi Departamentinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə planlaşdırılan tədbirlər müzakirə olundu.
Daxili İşlər Naziri Patrul Polisi Departamentinin iş sahələrini, o cümlədən Birgə Xidmət Mərkəzini ziyarət etdi və əməkdaşlarla söhbət etdi.
Qeka Qeladze cinayətə qarşı mübarizə, qabaqlayıcı tədbirlər və yol hərəkətinin təhlükəsizliyi sahəsində patrul polisinin əhəmiyyətli rolunu vurğuladı və məhsuldar fəaliyyətinə görə hər bir əməkdaşa təşəkkür etdi.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.