Qeka Qeladze Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin polis bölmələrini ziyarət edib
Qeka Qeladze Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin polis bölmələrini ziyarət edib

Gürcüstanın Daxili İşlər naziri Qeka Qeladze Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasını və Daşkənd Şəhər Polis İdarəsini ziyarət edib və adı çəkilən qurumların infrastrukturu və fəaliyyəti ilə tanış olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Akademiyasına səfər zamanı Gürcüstan nümayəndə heyətinin üzvlərini akademiyanın rəhbəri – Rüstəm Xatəmov qarşılayıb və onlara polis təhsili sahəsində həyata keçirilən və tətbiq olunan islahatlar, təhsil müəssisəsinin struktur quruluşu və fəaliyyəti barədə ətraflı məlumat verib.

Öz növbəsində Qeka Qeladze polis təhsilinin vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Daxili İşlər Naziri Daşkənd Şəhər Polis İdarəsinə səfəri zamanı bölmənin fəaliyyətinin xüsusiyyətləri və eyni idarədə fəaliyyət göstərən Vahid Əməliyyatların İdarə Edilməsi Mərkəzinin funksiyaları ilə ətraflı tanış olub.