Qeka Qeladze Mtsxeta-Mtianeti və Abxaziya Muxtar Respublikası Polis Departamentlərinin yeni müdirlərini əməkdaşlara təqdim edib
Daxili işlər naziri Qeka Qeladze birinci müavini Roni Mesxi ilə birlikdə Mtsxeta-Mtianeti və Abxaziya Muxtar Respublikasının Polis Departamentlərində işgüzar görüşlər keçirib və yeni təyin olunmuş rəhbər şəxsləri – Arçil Maxaradze və Quram Zesaşvilini əməkdaşlara təqdim edib.
Nazir onları vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeka Qeladze keçmiş rəhbər şəxslərə gördüyü işlərə görə təşəkkür edib.
Bununla yanaşı, işgüzar görüşlər zamanı daxili işlər naziri cinayətkarlıqla mübarizə, polisə məxsus profilaktik tədbirlər və yol hərəkəti sahəsində mövcud vəziyyət barədə qurumun nümayəndələrindən ətraflı məlumat alıb.
Qeka Qeladze əməkdaşlara göstərdikləri xidmətə görə təşəkkür edib.