Qeka Qeladze Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqorianla görüşüb

12:49, 27.06.2026

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qeka Qeladze İrəvana rəsmi səfəri çərçivəsində Ermənistan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqorianla görüşüb.

Tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımından mövcud vəziyyəti müzakirə ediblər.

Qeka Qeladze vurğulayıb ki, hazırda dünyada mövcud çağırışlar fonunda regionun təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsi üçün ölkələrin müvafiq qurumları arasında sıx tərəfdaşlıq həlledici əhəmiyyət daşıyır; Tərəflər qeyd olunan əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili, Aleksandre Maisuradze və Kəşfiyyat Agentliyinin rəisi Mixeil Dzaqnidze iştirak ediblər.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.

Oxşar