Qeka Qeladze Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətində görüş keçirib
Qeka Qeladze Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətində görüş keçirib

Daxili işlər naziri Qeka Qeladze Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mğebrişvili, onun müavinləri və departament rəhbərləri ilə işgüzar görüş keçirib.

Görüş zamanı nazirə xidmətin fəaliyyəti, xüsusilə yanğınsöndürmə-xilasedici qüvvələrin, nəzarət, vətəndaş təhlükəsizliyi və digər departamentlərin işi barədə ətraflı məlumat təqdim olunub.

Söhbətdə Fövqəladə Halların İdarə Olunması Xidmətinin müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələrdən və gələcək planlarından da danışılıb.

Qeka Qeladze görüşdə Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərinə diqqət çəkib. Nazir Fövqəladə Halların İdarə Olunması Xidmətinin vacib rolunu vurğulayıb, əməkdaşlara dəstək vəd edib, göstərdikləri effektiv xidmətə görə təşəkkür edib və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.