Qeka Qeladze Abxaziyanın işğal xətti yaxınlığında, Enguri körpüsünün ətrafında yerləşən polis bölmələrinin əməkdaşlarını ziyarət edib
Daxili İşlər Naziri Qeka Qeladze Abxaziyanın işğal xətti yaxınlığında, Enquri Körpüsündə olub.
Qeka Qeladze Daxili İşlər Nazirliyinin işğal xəttinin yaxınlığında peşəkar vəzifələrini yerinə yetirən, vətəndaşların təhlükəsizliyinə diqqət yetirən və asayişi təmin edən müxtəlif bölmələrinin əməkdaşları ilə görüşüb.
Nazir polis bölmələrinin infrastrukturu və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ehtiyacları ilə yerində tanış olub.
Qeka Qeladze polis əməkdaşlarına gündəlik işlərinə görə təşəkkür edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.