Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Ermek Koşerbayev Gürcüstana rəsmi səfər edib
Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Ermek Koşerbayev Gürcüstana rəsmi səfər edib

Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Ermek Koşerbayev və onu müşayiət edən nümayəndə heyəti Gürcüstana rəsmi səfər edib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Xarici İşlər Nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.

Səfər çərçivəsində Ermek Koşerbayev Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə görüşəcək.

Həmçinin Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər planlaşdırılıb.