Qazaxıstan prezidenti – indiki şəraitdə Transxəzər marşrutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, tərəfdaş dövlətlərlə bu məsələdə qarşılıqlı anlaşmamız var
Qazaxıstan prezidenti indiki şəraitdə Transxəzər dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Kasım-Jomart Tokayev həmçinin Qazaxıstanın Aktau və Kurik limanlarının gücünün artırılmasının planlaşdırıldığını və nəticədə bu limanların 20 milyon ton neft keçirə biləcəyini açıqlayıb.
“Dünya bazarlarında mövcud vəziyyəti nəzərə alsaq, Transxəzər marşrutunun gələcək inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu məsələdə tərəfdaş dövlətlərlə qarşılıqlı anlaşmamız var. Biz Aktau və Kurik limanlarında bütün mövcud gücləri işə salmalıyıq ki, ildə 20 milyon ton neft keçirmək mümkün olsun” – deyə Qazaxıstan prezidenti bildirib.
Transxəzər dəhlizi vasitəsilə yüklər Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çindən Avropaya çatdırılacaq.