Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu açmağı planlaşdırır
Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu açmağı planlaşdırır. Bu barədə Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
Qazaxıstan hökumətinin nümayəndəsinin sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astananın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək.
“Hazırda biz Azərbaycan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana çatmağa və sonra birbaşa Türkiyəyə, onun dəniz limanlarına getməyə imkan verəcək”, – Jumanqarin qeyd edib.