Qanunsuz şəkildə dəyişdirilmiş avtomobili idarə olunmasına görə pul sanksiyası artırılır
Qanunsuz şəkildə dəyişdirilmiş avtomobili idarə olunmasına görə pul sanksiyası artırılır

Qanunsuz şəkildə dəyişdirilmiş nəqliyyat vasitəsinin idarə olunmasına görə pul sanksiyası artırılır.

Müvafiq dəyişiklik “İnzibati Xətalar Məcəlləsi”nə daxil edilir və bu təşəbbüs parlament bürosunun bu günkü iclasında irəli sürülüb.

Qanun layihəsində izah olunub ki, səsboğucusu dəyişdirilmiş nəqliyyat vasitəsi qanunsuz şəkildə dəyişdirilmiş sayılacaq.

Layihəyə əsasən, bu pozuntuya görə 100 lari əvəzinə 200 lari məbləğində cərimə tətbiq olunacaq. Layihədə həmçinin qeyd olunub ki, adı çəkilən qayda pozuntusu baş verdikdə, polis əməkdaşı sürücünü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmək səlahiyyətinə malik olacaq və nəqliyyat vasitəsi xüsusi mühafizə olunan dayanacağa aparılacaq.

Bundan başqa, layihədə qanunsuz şəkildə dəyişdirilmiş nəqliyyat vasitəsinin idarə olunmasının qadağan edilməsi nəzərdə tutulur.