Qahirədə partlayış nəticəsində 17 nəfər həlak oldu
Qahirədə partlayış nəticəsində 17 nəfər həlak oldu

Misirin paytaxtı, Qahirədə baş verən partlayış nəticəsində 17 nəfər həlak oldu.

“Reuters”-in məlumatına görə, avtomobil Qahirə şəhərinin mərkəzi rayonunda partladı. Yayılan məlumata görə, avtomobil yolda əks itiqamətlə hərəkət edirdi və üç maşına toqquşaraq partladı.

İnsident nəticəsində 32 insan bədən xəsarəti aldı. Faktı Misirin Prokurorluğu araşdırır. Lakin hələlik rəsmi bəyanat verilməyib ki, partlayış terror aktı idi.