Qadağanlara baxmayaraq, "Sarı jiletlilər" sabah Parisdə aksiya keçirməyi planlayırlar
Qadağanlara baxmayaraq, "Sarı jiletlilər" sabah Parisdə aksiya keçirməyi planlayırlar

Fransa hüquqmühafizəçiləri tərəfindən qadağanlara baxmayaraq, “sarı jiletlilər” mayın 8-də Parisdə etiraz aksiyaları keçirməyi planlayırlar.

Birinci Kanalın Paridə olan korespondenti məlumat verir ki, sabah etiraz aksiyaları Parisin mərkəzi küçələrində keçiriləcək.

Onlar Trokadero meydanından Şanz-Elize küçəsinə qədər gedəcəklər.

Manifestantlar Fransa prezidenti Emanuel Makronun istefasını tələb edirlər. Onlar bəyan edirlər ki, xüsusi təyinantlılardan qorxmurlar və sabah genişmiqyaslı aksiyalar keçirəcəklər.

Xatırladaq ki, Paris polisi İkinci Dünya Müharibəsinin başa çatması tarixinin qeyd edilməsi ilə bağlı “sarı jiletlilərə” aksiya keçirmələri üçün icazə verməmişdi.